Bakı. 23 avqust. REPORT.AZ/ Banqladeşin cənub-şərqində yerləşən Çittaqonq şəhərində gübrə istehsalı zavodunda ammonyak sızması nəticəsində azı 50 nəfər zəhərlənib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə Diammoniumfosfat dövlət zavodunda baş verib.
Məlumata görə, xilasedicilər ammonyak qazının ətrafa yayılmasının qarşısını alıb. Yerli hakimiyyət orqanları sakinləri evlərini tərk etməməyə çağırıb.
Qeyd edək ki, ammonyak (NH3) - hidrogen nitrid, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır.