Banqladeşdə ammonyak zavodunda qəza baş verib, 50 nəfər zəhərlənib

Banqladeşdə ammonyak zavodunda qəza baş verib, 50 nəfər zəhərlənib Yerli hakimiyyət orqanları sakinləri evlərini tərk etməməyə çağırıb
Digər ölkələr
23 Avqust , 2016 11:03
Banqladeşdə ammonyak zavodunda qəza baş verib, 50 nəfər zəhərlənib

Bakı. 23 avqust. REPORT.AZ/ Banqladeşin cənub-şərqində yerləşən Çittaqonq şəhərində gübrə istehsalı zavodunda ammonyak sızması nəticəsində azı 50 nəfər zəhərlənib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə Diammoniumfosfat dövlət zavodunda baş verib.

Məlumata görə, xilasedicilər ammonyak qazının ətrafa yayılmasının qarşısını alıb. Yerli hakimiyyət orqanları sakinləri evlərini tərk etməməyə çağırıb.

Qeyd edək ki, ammonyak (NH3) - hidrogen nitrid, kəskin iyli və normal şəraitdə rəngsiz qazdır.

Son xəbərlər

Orphus sistemi