Prezident İlham Əliyev Avropa Oyunlarında qalib olan Azərbaycan güləşçisini mükafatlandırıb

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib olan Azərbaycan güləşçisini mükafatlandırıb Dövlət başçısı 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyevə qızıl medalı təqdim edib
Avropa Oyunları
14 İyun , 2015 21:09
Prezident İlham Əliyev Avropa Oyunlarında qalib olan Azərbaycan güləşçisini mükafatlandırıb

Bakı. 14 İyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində medallar qazanan güləşçilərin mükafatlandırma mərasimində iştirak edib. "Report"un məlumatına görə, dövlət başçısı milli komandanın üzvü Elvin Mürsəliyevə qızıl medalı təqdim edib.

Qeyd edək ki, Mürsəliyev finalda serbiyalı Viktor Nemesi 3:1 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan qızıl medallarının sayını 6-ya, bütünlükdə isə 12-yə çatdırıb.

Son xəbərlər

Orphus sistemi