Yuxarı

Prezident İlham Əliyev Avropa Oyunlarında qalib olan Azərbaycan güləşçisini mükafatlandırıb

Dövlət başçısı 75 kq çəki dərəcəsində çıxış edən Elvin Mürsəliyevə qızıl medalı təqdim edib

Bakı. 14 İyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində medallar qazanan güləşçilərin mükafatlandırma mərasimində iştirak edib. "Report"un məlumatına görə, dövlət başçısı milli komandanın üzvü Elvin Mürsəliyevə qızıl medalı təqdim edib.

Qeyd edək ki, Mürsəliyev finalda serbiyalı Viktor Nemesi 3:1 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan qızıl medallarının sayını 6-ya, bütünlükdə isə 12-yə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi