Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib

Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib Şahmat turniri iyunun 19-da baş tutacaq
Avropa Oyunları
11 Aprel , 2023 12:45
Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar müəyyənləşib

Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək şahmatçılar bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, milli komandanın heyətində Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə yer alacaqlar.

Qeyd edək ki, III Avropa Oyunları 21 iyun - 2 iyulda gerçəkləşəcək. Şahmat turniri iyunun 19-da baş tutacaq. Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) komandalar blitsdə mübarizə aparacaqlar. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. Reqlamentə görə komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi