Zurabişvili: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq yeni mərhələyə yüksəldilməlidir”

Zurabişvili: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq yeni mərhələyə yüksəldilməlidir” “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün biz forma və üsullar tapmalıyıq”.
Xarici siyasət
16 İyun , 2022 11:55
Zurabişvili: “Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq yeni mərhələyə yüksəldilməlidir”
Salome Zurabişvili

“Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi üçün biz forma və üsullar tapmalıyıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili IX Qlobal Bakı Forumunda çıxışında deyib.

Cənubi Qafqazı strateji region adlandıran dövlət başçısının sözlərinə görə, bölgə yalnız sülh və sabitlik məkanına çevriləcəyi halda transformasiya və inkişafa nail ola bilər: “Cənubi Qafqaz ən mərkəzi məkandır. Bizim vəzifəmiz bu bölgəyə tarixi və gələcək rolunu qaytarmaqdan ibarətdir”.

S.Zurabişvili qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqları və etimad qurulması prosesində Avropa İttifaqının iştirakını yüksək qiymətləndirir.

Son xəbərlər

Orphus sistemi