Spiker: Tacikistan Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlığa böyük önəm verir

Spiker: Tacikistan Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlığa böyük önəm verir Tacikistan Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir.
Xarici siyasət
22 Fevral , 2024 12:00
Spiker: Tacikistan Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlığa böyük önəm verir

Tacikistan Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığa böyük önəm verir.

“Report” xəbər verir ki, bunu Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda APA-nın Bakıda keçirilən 14-cü Plenar Sessiyasında çıxışı zamanı deyib.

“Tacikistan Asiyanın dayanıqlı inkişafı üçün APA-ya üzv ölkələrlə əməkdaşlığı davam etdirəcək. Bunun üçün hesab edirəm ki, biz nəqliyyat və logistika sektorunda birgə layihələr hazırlamalıyıq. Enerji sahəsində əməkdaşlığa da böyük diqqət yetirmək lazımdır”, - o bildirib.

Spiker, həmçinin fevralın 7-də keçirilən uğurlu seçkilər münasibətilə Azərbaycanı və Prezident İlham Əliyevi yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, bu gün Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi