Milli Məclis sədrinin birinci müavini və komitə sədri Türkiyəyə gedəcək

Milli Məclis sədrinin birinci müavini və komitə sədri Türkiyəyə gedəcək Ziyafət Əsgərov və Siyavuş Novruzov Fələstinlə bağlı İstanbulda keçirilən konfransda iştirak edəcəklər
Xarici siyasət
26 Noyabr , 2016 16:32
Milli Məclis sədrinin birinci müavini və komitə sədri Türkiyəyə gedəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.

Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib. 

Milli Məclisdən bildirilib ki, Azərbaycan nümayəndə heyəti səfər zamanıQüds Uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransında iştirak edəcək. Toplantıda fələstinlilərin hüquqlarının dəstəklənməsində beynəlxalq təşkilatların rolu, Fələstin Qanunvericilik Şurasının üzləşdiyi çağırışlar, Qüdsdə vəziyyət və digər mövzularda müzakirələr aparılacaq.

Tədbirdə Fələstin barədə, habelə Türkiyədə bu ilin 15 iyul tarixində baş vermiş hadisələrə həsr olunan filmlər nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi