Ziyafət Əsgərov: "Rusiyalıların seçimi Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına kömək edəcək"

Ziyafət Əsgərov: "Rusiyalıların seçimi Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına kömək edəcək" Moskva. 19 mart. REPORT.AZ / Rusiya xalqını uğurlu seçkilər münasibəti ilə təbrik edirik. Əminəm ki, rusiyalıların seçimi Rusiyanın çiçəklənməsinə, həmçinin  Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına kömək edəcək.
Xarici siyasət
19 Mart , 2018 16:03
Ziyafət Əsgərov: Rusiyalıların seçimi Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına kömək edəcək
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov / Report

Moskva. 19 mart. REPORT.AZ / "Rusiya xalqını uğurlu seçkilər münasibəti ilə təbrik edirik. Əminəm ki, rusiyalıların seçimi Rusiyanın çiçəklənməsinə, həmçinin  Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişafına kömək edəcək".

Bunu "Report"un Rusiya bürosuna Milli Məclis sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, seçkilər demokratik və rəqabət mühitində keçib, ciddi pozuntular aşkar edilməyib.

O qeyd edib ki, seçkilərdə daha çox yeniliklər, xüsusilə elektron səsvermə imkanı onun diqqətini çəkib: "Ümumiyyətlə, seçkilər hər bir dövlətin daxili işidir. Həm Azərbaycanda, həm də Rusiyada qanunvericiliyin öz spesifik xüsusiyyətləri var. Buna baxmayaraq, biz qanunvericilər olaraq müsbət dünya təcrübəsini daxili ehtiyaclar üçün istifadə etməyə çalışırıq".

O həmçinin qeyd edib ki, burada yer alan texnoloji yeniliklər barədə Milli Məclisin iclaslarında məlumat verəcək, Mərkəzi Seçki Komissiyasının nəzərinə çatdıracaq: "Görək, bu yeniliklər bizim reallıqlarda necə işləyəcək".

Orphus sistemi