Rusiya XİN: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər davam etdirilir”

Rusiya XİN: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər davam etdirilir” “Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir. Bakı və İrəvanla əlaqədəyik”.
Xarici siyasət
29 Sentyabr , 2022 18:10
Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün səylər davam etdirilir”

“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla əlaqədəyik”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsidir: “Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. Hazırkı vəziyyətdə regionda iqtisadi-nəqliyyat əlaqələrinin açılması və sərhədlərin delimitasiyası daxil olmaqla, bütün istiqamətlər üzrə işlərin intensivləşdirilməsini vacib hesab edirik”.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Ermənistan tərəfinin atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Nicat İsgəndərov yaralanıb.

Son xəbərlər

Orphus sistemi