Zaxarova: “Azərbaycan və Rusiya KİV-i arasında mütəmadi görüşlər keçirilməlidir”

Zaxarova: “Azərbaycan və Rusiya KİV-i arasında mütəmadi görüşlər keçirilməlidir” “Azərbaycan və Rusiya KİV nümayəndələri arasında mütəmadi görüşlər keçirilməlidir”.
Xarici siyasət
23 May , 2023 18:59
Zaxarova: “Azərbaycan və Rusiya KİV-i arasında mütəmadi görüşlər keçirilməlidir”

“Azərbaycan və Rusiya KİV nümayəndələri arasında mütəmadi görüşlər keçirilməlidir”.

“Report”un Moskvaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirilən “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda təşkil olunan dəyirmi masa haqda fikirlərini bölüşərkən vurğulayıb.

O qeyd edib ki, belə görüşlər çox vacibdir: “İki ölkənin media nümayəndələri arasında birbaşa təmas və dialoq lazımdır”.

M.Zaxarovanın sözlərinə görə, ölkələr arasında XİN-lərarası məsləhətləşmələr formatı çərçivəsində media əməkdaşlığı məsələləri də müzakirə olunur: “Lakin media ilə birbaşa əlaqə olmasa, bütün bunlar yarımçıq olacaq”.

O, belə görüşlərin mütəmadi keçirilməli olduğunu vurğulayıb və növbəti görüşün Azərbaycanda keçiriləcəyinə ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi