Yuxarı
    Bağlamaq

    Zakir Həsənov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

    Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb

    Bakı. 22 sentyabr. REPORT.AZ  Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 22-də İsrailin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Z.Həsənov ona iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

    Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi