YUNESKO baş direktorunun müavini: "Sərhədlərin toxunulmazlığının pozulmasına göz yummamalıyıq"

YUNESKO baş direktorunun müavini: "Sərhədlərin toxunulmazlığının pozulmasına göz yummamalıyıq" Bakı. 26 oktyabr. REPORT.AZ/ Hazırda dünya sürətlə qloballaşır. Yeni ədavət və nifaq proseslərinin şahidiyik. Dünya tarixdə görünməyən böhranlarla üzləşir. Bu baxımdan hər bir səviyyədə mədəniyyətlərarası dialoqun aparılması vacibdir.
Xarici siyasət
26 Oktyabr , 2018 11:41
YUNESKO baş direktorunun müavini: Sərhədlərin toxunulmazlığının pozulmasına göz yummamalıyıq
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Hazırda dünya sürətlə qloballaşır. Yeni ədavət və nifaq proseslərinin şahidiyik. Dünya tarixdə görünməyən böhranlarla üzləşir. Bu baxımdan hər bir səviyyədə mədəniyyətlərarası dialoqun aparılması vacibdir".

"Report" xəbər verir ki, bunu YUNESKO baş direktorunun müavini Qu Xing "Bakı prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, innovasiya proseslərini sürətləndirməyə nail olmaq çox vacibdir: "Bu baxımdan 2030-ci ilə təyin olunmuş gündəlikdə duran məsələlərin öhdəsindən gəlməliyik. Bu gün sərhədlərin toxunulmazlığının pozulması, beynəlxalq hüquqa riayət edilməməsi çağırışları ilə üzləşirik. Bu, çox təhlükəlidir. Gedəcəyimiz yolda bu kimi məsələlərə göz yuma bilmərik. Bu sahədə dəyişikliklərə nail olmalıyıq. Qarşılıqlı hörmət vacib götürülərək, ictimai rəy məhz bu istiqamətdə formalaşdırılmalıdır. Sülh quruculuğu, insanlara ləyaqətli yanaşma vacib bir dəyərlər kimi götürülməlidir".

Qu Xing qeyd edib ki, Bakı prosesi fərqli və maraqlı dairələri bir araya gətirir: "Bakı prosesi inkişaf etdikcə müasir dünyanın yeni çağırışlarını ifşa edir, onların sürətlə dəyişdiyini görür və bizi müvafiq tədbirlərin görülməsinə səsləyir".

Son xəbərlər

Orphus sistemi