Yunanıstan XİN başçısı Gürcüstana səfər edəcək

Yunanıstan XİN başçısı Gürcüstana səfər edəcək Yunanıstanın xarici işlər naziri Nikos Dendias yaxın vaxtlarda Cənubi Qafqaza səfər etməyi planlaşdırır.
Xarici siyasət
133
22 Oktyabr , 2021 14:00
Yunanıstan XİN başçısı Gürcüstana səfər edəcək
0 : 00
0 : 00

Yunanıstanın xarici işlər naziri Nikos Dendias gələn ay Gürcüstana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə XİN başçısı ilə görüşdən sonra Gürcüstan parlamentinin sədri Kaxa Kuçava məlumat verib.

Onun sözlərinə görə, görüşdə Gürcüstanın avroatlantik inteqrasiyası və Yunanınstanın bu prosesdəki dəstəyinin önəmi müzakirə olunub.

K.Kuçava deyib, N.Dendias Yunanıstanın Gürcüstanın Qərb meyllərinin güclü tərəfdarı olduğunu təsdiqləyib.

Spiker görüşdə Yunanıstanda yaşayan gürcü diasporunu narahat edən məsələlərin də nəzərdən keçirildiyini qeyd edib.

10:03

Yunanıstanın xarici işlər naziri Nikos Dendias yaxın vaxtlarda Cənubi Qafqaza səfər etməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ XİN başçısı və Gürcüstan parlamentinin sədri Kaxa Kuçava arasında bu gün Afinada keçiriləcək görüşdə müzakirə olunacaq.

Tərəflər iki ölkə arasında münasibətlər, Gürcüstanın avroatlantik inteqrasiyası, dekabrda keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti mövzuları ətrafında da fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, K.Kuçava Yunanıstan paytaxtında parlament sədrlərinin Avropa Konfransında iştirak edir.

Son xəbərlər

Orphus sistemi