Bu gün həm Azərbaycan, həm də Türkiyəyə qarşı güclü lobbiçilik fəaliyyəti var.
"Report" xəbər verir ki, bunu türkiyəli general Yücel Karauz Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir" mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, belə olan halda hər iki dövlət güclü olmalı, birgə mübarizə aparmalıdır.
General xatırladıb ki, bu gün Türkiyə və Azərbaycana qarşı dezinformasiya müharibəsi aparılır: "ABŞ və Fransa bu müharibənin əsas tərəfləridir. Məsələn, "erməni soyqırımı" iddiası onların ortaya atdığı yalandır. Azərbaycan və Türkiyəyə, bütövlükdə türk dünyasına qarşı hücumları aradan qaldıracağımıza inanıram. Çünki biz haqlıyıq".