Yıldız Texniki Universitetinin müəllimi: “Türkiyənin Azərbaycanla yaratdığı müttəfiqlik nümunəsi ən uğurlu fəaliyyətlərdəndir”

Yıldız Texniki Universitetinin müəllimi: “Türkiyənin Azərbaycanla yaratdığı müttəfiqlik nümunəsi ən uğurlu fəaliyyətlərdəndir” “1923-cü ildə qurulan Türkiyə dövlətinin 2023-cü ilə qədər müxtəlif sahələrdə uğurlu layihələrə imza ataraq, böyüyərək qüdrətlənməsi bizə qürur verir. Xüsusilə də xarici siyasətində Azərbaycanla yaradılan nümunəvi müttəfiqlik əlaqələrinin daha da inkişaf
Xarici siyasət
7 may 2023 08:38
Yıldız Texniki Universitetinin müəllimi: “Türkiyənin Azərbaycanla yaratdığı müttəfiqlik nümunəsi ən uğurlu fəaliyyətlərdəndir”

“1923-cü ildə qurulan Türkiyə dövlətinin 2023-cü ilə qədər müxtəlif sahələrdə uğurlu layihələrə imza ataraq, böyüyərək qüdrətlənməsi bizə qürur verir. Xüsusilə də xarici siyasətində Azərbaycanla yaradılan nümunəvi müttəfiqlik əlaqələrinin daha da inkişaf etməsini Türkiyənin ən uğurlu fəaliyyətlərindən biri hesab edirəm”.

Bunu “Report”un Ankara bürosuna Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi Mehmet Akif Okur bildirib.

Mehmet Akif Okurun sözlərinə görə, xüsusilə son illər daha da çox inkişaf edən bu əlaqələr bütün türk dövlətləri arasında ittifaqın güclənməsinə müsbət təsirini göstərib: “Bu baxımdan Türkiyə-Azərbaycan qardaşlığı mərkəzi əhəmiyyət kəsb edir. “Bir millət, iki dövlət” prinsipinin yaratdığı böyük enerji həyatımızın hər sahəsində özünü hiss etdirir. İkinci Qarabağ müharibəsi zamanı müxtəlif ölkələrin və qüvvələrin hərtərəfli mane olma cəhdlərinə baxmayaraq, Azərbaycanla Türkiyənin həmrəyliyi ilə böyük nailiyyətlər əldə olundu. “Şuşa Bəyannaməsi” təhlükəsizlik sahəsində Türkiyə ilə Azərbaycanın uzun müddətdən sonra atdığı uğurlu addımdır. Türkiyə beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərdən başqa, ilk dəfə çox dəqiq müdafiə öhdəliyini ehtiva edən bir ölkə ilə müqavilə imzaladı. Gələcəkdə tarixçilər bu sənədi əlaqələrin əsil başlanğıcı kimi göstərsələr, doğrusu, təəccüblənmərəm. Necə ki, 2023-cü ildə Türkiyənin 100 illiyini qeyd edirik, eləcə də arzu edirəm ki, türk dünyasının birgə yüz illiyi qeyd olunsun. Bu mənada Türk Dövlətləri Təşkilatının Azərbaycan-Türkiyə əlaqələrindən nümunə götürərək inkişaf etməsi çox önəmlidir”.

Mehmet Akif Okur Qarabağ zəfərindən sonra Azərbaycana səfəri zamanı insanların Türkiyəyə rəğbətinin, inamının daha da böyüdüyünə şahid olduğunu bildirib: “Xüsusilə məktəblərdəki görüşlərimizdə şagirdlərimizin gözlərində sevinc parıltıları, Azərbaycan-Türkiyə birliyinə bu qədər böyük ümidlərin olmasını, bu ülvi hissləri qorumaqla, inkişaf etdirməklə və konkret layihələrlə taclandırmaqla uğur kitabımızı daha da böyütməliyik”.

Tələbələri arasında da Türkiyə-Azərbaycan müttəfiqliyinə böyük marağın olduğunu vurğulayan universitet müəllimi bunu ən yaxşı nümunə olaraq gənclərə öyrətmənin vacibliyini bildirib: “Müxtəlif universitetlərdə oxuduğum mühazirələr zamanı görürəm ki, bütün siyasi baxışlardan olan tələbələrim ilk növbədə Türkiyə-Azərbaycan qardaşlığına önəm verirlər və iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edirlər. Buna həm hərbi məktəblərimizdə, həm də digər universitetlərimizdə şahid oluram. Türkiyə-Azərbaycan qardaşlığının gənclərimiz üçün bu qədər önəmli olması onu göstərir ki, sevinclərimiz, kədərlərimiz, uğurlarımız bir olduqca, əlaqələrimizi heç bir qüvvə sarsıltmayacaq. Odur ki, biz bu sağlam münasibətimizi gənclərimizə daha da çox aşılamalıyıq”.

Son xəbərlər

Orphus sistemi