Yeni Kaledoniyanın XİN başçısı: Xalqların hüquqlarından istifadə etmələrinin yollarını tapmalıyıq

Yeni Kaledoniyanın XİN başçısı: Xalqların hüquqlarından istifadə etmələrinin yollarını tapmalıyıq Dünyanın bütün xalqlarının öz hüquqlarından istifadə etmələrinin həlli yollarını tapmalıyıq.
Xarici siyasət
17 İyul , 2024 10:28
Yeni Kaledoniyanın XİN başçısı: Xalqların hüquqlarından istifadə etmələrinin yollarını tapmalıyıq

Dünyanın bütün xalqlarının öz hüquqlarından istifadə etmələrinin həlli yollarını tapmalıyıq.

"Report" xəbər verir ki, bunu Kaledoniyanın xarici işlər naziri Mikael Forrest (Mickael Forrest) Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci qurultayında deyib.

O qeyd edib ki, Fransa bu gün öz ölkəsində baş verənlərə görə çətinlik çəkir: "Bu heç kimə sirr deyil. Yoxsulluq, miqrant məsələləri var. Fransa xalqı düşmən xalq deyil. Elə şərait yaradılmalıdır ki, biz öz hüquqlarımızdan istifadə edək".

O vurğulayıb ki, bugünkü qurultay gələcək platformalar üzərində çalışmaq üçün önəmlidir: "Biz fikir mübadiləsi apararaq yeni dünya düzəni quracağıq və öz yerimizi tapacağıq.

Son xəbərlər

Orphus sistemi