Yaqub Eyyubov: "Rusiya təkcə iqtisadi tərəfdaş yox, həm də regionun təhlükəsizliyinin təminatçısıdır"

Xarici siyasət
  • 16 dekabr, 2016
  • 10:43
Yaqub Eyyubov: Rusiya təkcə iqtisadi tərəfdaş yox, həm də regionun təhlükəsizliyinin təminatçısıdır

Bakı. 16 dekabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Bakıda keçirilən iqtisati-ticarət əlaqələri üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında deyib.

"Rusiya təkcə iqtisadi tərəfdaş yox, həm də regionun təhlükəsizliyinin təminatçısıdır. Rusiya hər yerdə sülh olmasına, ölkələrin daxili işlərinə müdaxilə olunmamasına çalışır" - Y.Eyyubov bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı Moskva ilə münasibətləri qiymətləndirir.

"Münasibətlərimizin dəyərini bilirik. Ticarət dövriyyəsinin artırılması üçün stimul var. Böhranla əlaqədar ticarət dövriyyəsi 2014-cü illə müqayisədə kəskin azalıb" - baş nazirin müavini vurğulayıb.