Yaponiya elm və təhsil sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır

Yaponiya elm və təhsil sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır Bununla əlaqədar olaraq, martın 10-da Yaponiyanın nümayəndə heyəti Bakıya səfər edəcək
Xarici siyasət
11 Fevral , 2016 12:44
Yaponiya elm və təhsil sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır

Bakı. 11 fevral. REPORT.AZ/ Yaponiya elm və təhsil sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır.

"Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyinin sədri Təranə Hüseynovanın "Report"a verdiyi məlumata görə, bununla əlaqədar olaraq, tərkibində elm və təhsil sahəsində fəaliyyət göstərən sahibkarların yer alacağı Yaponiyanın nümayəndə heyəti martın 10-da Bakıya səfər edəcək. Onlar yerli tələbələr, gənclər, alimlər və professorlarla görüşəcəklər.

T.Hüseynovanın sözlərinə görə, iqtisadiyyat sahəsi üzrə ekspert, Kazuyasu İşidanın başçılıq edəcəyi Yaponiya nümayəndə heyətinin əsas məqsədi ikitərəfli elmi işlərin aparılması, eləcə də yerli tələbə və alimlərin təhsil, təsnifatın yüksəldilməsi, elm və tədqiqatların qarşılıqlı beynəlalq mübadiləsini hər iki ölkənin universtetləri, elm ocaqları arasında genişləndirilməsi məqsədilə və eyni zamanda istedadlı , bacarıqlı gənclərimizin, tədqiqqatçılarımızın təcrübələrini genişləndirmək üçün onların Yaponiyaya səfəri imkanlarını öyrənməkdir: "Yaponlar buraya gəlməkdə, regionlara baş çəkməkdə, yerli təcrübənin öyrənilməsində maraqlıdırlar. Təəssüf ki, Azərbaycandan Yaponiyaya təhsil almağa gedən tələbələrin sayı azdır. İstedadı gənclərimizin beynəlxalq təcrübə əsasında bilik və dünyagörüşlərini artirmaq məqsədilə onların Yaponiyada təhsil alıb , təcrübə toplamaqları və elmi-mədəni-iqtisadi və sair sahələr üzrə tədqiqat aparmaları Azərbaycanın gələcək inkişafı istiqamətində ölkəmizə faydalı nəticələr verə bilər. Sözün əsl mənasında , gənclərimizin yüksək elmi dünyagörüşü və beynəlxalq təcrübə əldə etməsi əlbəttə ki, ölkəmizin iqtisadiyyatının inkişafına müsbət təsir edən amillərdən biri kimi hesab olunur. Məhz bunları nəzərə alaraq istedadlı gənclərimizin elmi təhsil və təcrübələrini Yaponiya Universtetlərində artırmaq lazımdır. Habelə, Yapon şirkətlərinin Azərbaycana cəlb edib Azərbaycanada onların müxtəlif biznes sektorları üzrə iş qurmaqla həmin məzunların işlə təmin olunmasını , biliklərinin iş fəaliyyəti üzərində tətbiq etməsıni və təcrübələrinin artırılmasını , sosial –yaşayış durumlarının yaxşılaşdırılmasını təchiz etməklə onlara kömək etmiş olarıq."

T.Hüseynova, həmçinin Yaponiyada olan sahibkarları Azərbaycana sərmayə qoymağa cəlb etmək üzərində işlədiyini söyləyib: "Yaponiyada və Azərbaycanda yapon dilində təhsil alan tələbələrin bəziləri Universteti bitirdikdən sonra öz sahələri üzrə Azərbaycanda iş tapmaqda çətinlik çəkirlər. Çünki Azərbaycanda Yaponiya şirkətləri çox azlıq təşkil edir. Belə ki, biz Yaponiya şirkətlərini Azərbaycana biznes qurmağa cəlb etməklə - yeni iş yerlərinin açılmasına, müasir yapon texnologiyalarının Azərbaycana gətirilməsinə, sahibkarlığın qarşılıqlı inkişafına , ölkə əhalimizin maddi-riah halının, social vəziyyətinin yaxşılaşdırılmasına bilavasitə nail olmuş oluruq”.

Bundan əlavə, təşkilatın sədri Təranə Hüseynova yaponların kənd təsərrüfatı sahəsindəki əməkdaşlığın inkişafında maraqlı olduqlarını da qeyd edib: "Bildiyiniz kimi, Yaponiyada kənd təsərrüfatına yararlı torpaq sahəsi çox azdır, amma yapon tenologiyası çox yüksək və keyfiyyətlidir. Ona görə də onlar bu sahədə münasibətləri inkişaf etdirmək istəyir.

Misal olaraq, 6 Avqust 2015 ci il tarixində Yaponiya hökuməti tərəfindən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə “Yaponiyanın kiçik və orta həcmli müəssisələrinin məhsullarının təminatı” layihəsi üzrə 900 000 məbləgində maliyyə ayırması buna bariz subutdur. Hal-hazırda ölkəmizdə gedən iqtisadi islahatlarla bağlı regionlarda kənd təsərrüfatı sahələrinin sürətli inkişafı istiqamətində aparılan işlər baxımından Azərbaycan da Yaponiyaya çox maraqlıdır. Bütün bunlar həm də ölkələr arasındakı ikitərəfli dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlıq -biznes əlaqələrinin inkişafına da töhfə verir".

Son xəbərlər

Orphus sistemi