YAP icra katibinin müavini: "Türkiyə və Azərbaycan arasında viza rejimi ləğv edilməli və ya müddəti uzadılmalıdır"

YAP icra katibinin müavini: "Türkiyə və Azərbaycan arasında viza rejimi ləğv edilməli və ya müddəti uzadılmalıdır" Mİlli Məclis sədri: "Hazırda bu istiqamətdə iş gedir"
Xarici siyasət
6 May , 2016 11:26
YAP icra katibinin müavini: Türkiyə və Azərbaycan arasında viza rejimi ləğv edilməli və ya müddəti uzadılmalıdır

Milli Məclis sədri: "Hazırda bu istiqamətdə iş gedir"

Bakı. 6 may. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bugünkü iclasda çıxışı zamanı Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv edilməsi və ya müddətinin uzadılması təklifi ilə çıxış edib.

"Report"un məlumatına görə, o, çıxışında bildirib ki, Türkiyə son hadisələrdə hərbi və digər sahələrdə Azərbaycana dəstəyini göstərib və bu hal davam edir: "Ümumilli liderimizin qeyd etdiyi kimi, biz bir millət iki dövlətik. İndiki şəraitdə viza rejiminin ləğv olunması və ya müddətinin uzadılması vacib olan amillərdədnir. Xüsusilə Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm. Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Onda Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdular ki, üç aydan bir sərhədi keçsinlər. O zaman onların qazandıqları yol puluna gedəcək. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv etdi. Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya əksinə. Müəllimlər var ki, Türkiyədə dərs deyir. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hazırda bu istiqamətdə iş gedir.

Son xəbərlər

Orphus sistemi