​YAP icra katibinin müavini: “ABŞ qaradərililərin soyqırımına başlayıb”

​YAP icra katibinin müavini: “ABŞ qaradərililərin soyqırımına başlayıb” "Gün ərzində təxminən 80-nə yaxın insan qətlə yetirilir"
Xarici siyasət
16 Dekabr , 2014 13:09
​YAP icra katibinin müavini: “ABŞ qaradərililərin soyqırımına başlayıb”

Bakı. 16 dekabr. REPORT.AZ/ “ABŞ Konqresinin insanlara verilmiş işgəncələrlə bağlı çap etdiyi 6000 səhifəlik hesabat dünyanın hər bir yerində müzakirəyə səbəb olub. Demokratiya, insan hüquqları, söz və fikir azadlığı pərdəsi altında maskalanan, lakin əmələ gəlincə hansı nəticəyə sahib olmasını biz yox, məhz ABŞ konqresinin özü deyir. Təsadüfi deyil ki, ABŞ-ın keçmiş mərkəzi kəşfiyyat idarəsinin rəisi, həm də vitse-prezidenti də etiraf edir ki, terrorun qarşısını almaq üçün işgəncələrə əl atmışıq. O zaman ortaya sual çıxır ki, ərazisinin 20 faizindən çoxunu itirən, eləcə də 1 milyondan çox qaçqını olan, ərazisində terror hadisələri baş verən ölkədə kimisə bu və ya digər şəkildə araşdırmaq üçün məsuliyyətə cəlb edəndə niyə narahat olursunuz? Okeanın o tayında baş verən hansısa hadisəni araşdrımaq üçün yol qət edirlər, ancaq Azərbaycan öz ərazisində hansısa terrorun qarşısını ala bilməz? Niyə bizə dərs öyrətməyə çalışan “Freedoom house” təşkilatı və digər qurumların səsi çıxmır? Avropa dövlətlərinin Xədicə İsmayılla bağlı bəyanat yayanlar niyə əhalimizə qarşı verilən işgəncələrlə bağlı bəyanat yaymırlar?”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin iclasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, hazırda ABŞ-da qaradərili insanların soyqımı gedir: “Tarix boyu Teymurləngi işgəncə verən kimi qələmə veriblər. Lakin Teymurləng bunların yanında heç nədir. Hər zaman sonradan məlum olub ki, işgəncə verilən insanların əksəriyyəti günahsız imiş. Bəs, bu kimi hallara kim cavab verəcək? Niyə həmin insanlar məsuliyyətə cəlb olunmur? Budur onların demokratiyası?

Bilirsiniz ki, adətən Amerikada Milad bayramında hind quşunun soyqırımı gedir. İndi isə vəziyyət tamamilə dəyişib və qaradərililərin soyqırımına başlayıblar. Gün ərzində təxminən 80-nə yaxın insan qətlə yetirilir”.

Son xəbərlər

Orphus sistemi