Yuxarı
    Bağlamaq

    Kolumbiya Senatının vitse-prezidenti Xocalı soyqırımının ildönümü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib

    Bu hadisə bütün millətin həyatına sirayət etmişdir

    Bakı. 23 fevral. REPORT.AZ/ Kolumbiya Senatının vitse-prezidenti Teresita Qarsia Romero Xocalı soyqırımının ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

    "Report" xəbər verir ki, məktubda deyilir: "Çox hörmətli cənab Prezident. Sizi ürəkdən salamlayır, ölkənizin inkişaf və quruculuq işlərində müvəffəqiyyət diləyir və çiçəklənərək Kolumbiyanın inkişafına nümunə olan Azərbaycan Respublikasına öz səmimi arzularımı çatdırıram.

    Eyni zamanda, bu mühüm tarixdə Dağlıq Qarabağ ərazisində törədilmiş Xocalı soyqırımına görə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu Sizə bildirirəm. Bu hadisə bütün millətin həyatına sirayət etmişdir.
    Kolumbiya 50 ildən çox münaqişənin hökm sürdüyü bir ölkə olaraq, öz həmvətənlərinin həyatlarını itirməsi ağrısını yaxşı anlayır və bu gün Prezident Santosun təşəbbüsü ilə başlayan sülh prosesinin gözəl nəticələnəcəyinə ümid artmışdır.
    Bu mənada bu acı hadisəni törədənləri rədd edir və Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan xalqı ilə bir olduğumuzu ifadə edir, həmçinin sülhə doğru yolu tapacağınıza ümid edirik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi