Yuxarı
    Bağlamaq

    Xocalı soyqırımının qurbanları Əbu Dabidə anılıb

    Tədbir iştirakçıları Heydər Əliyev Fondunun sifarişi ilə istehsal olunmuş “Xocalı faciəsi” adlı sənədli filmi izləyiblər

    Bakı. 25 fevral. REPORT.AZ/ Əbu Dabidə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

    Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, təcbirdə Azərbaycan icmasının Əbu Dabi və Dubay şəhərlərindəki üzvləri, “SOCAR Trading” şirkətinin Dubay Əmirliyindəki nümayəndələri, media nümayəndələri iştirak ediblər.

    Soyqırım qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla anıldıqdan sonra tədbiri giriş nitqi ilə açan səfir Daşqın Şikarov Xocalı şəhərinin əhəmiyyəti, fevralın 25-dən 26-na keçən gecə orada baş vermiş qətliamın və nəticələrinin təfərrüatları barədə ətraflı danışıb, bu soyqırımın erməni quldurlarının 1905, 1918 və 1948-ci illərdə məhz müsəlman olduqları üçün azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların ardıcıl həlqəsi olduğunu diqqətə çatdırıb.

    Səfir çıxışda Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya, Peru, Honduras, Bosniya və Herseqovina, Çexiya və Sudanın, eləcə də ABŞ-ın 10-dan artıq ştatının qanunverici orqanları tərəfindən rəsmən tanındığını yada salıb və gələcəkdə ölkələrin coğrafiyasının artacağına əminliyini ifadə edib.

    Çıxışın ardınca tədbir iştirakçıları Heydər Əliyev Fondunun sifarişi ilə istehsal olunmuş “Xocalı faciəsi” adlı sənədli filmi izləyiblər.

    Eyni zamanda, BƏƏ-nin nüfuzlu "Əl-Bəyan" qəzetində Xocalı soyqıımına həsr olunmuş məqalə dərc olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi