Azərbaycan XİN Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib
- 30 avqust, 2024
- 10:40
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Zəfər bayramı münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust - Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni zəfərlər arzu edirik. 30 avqust Zəfər bayramın mübarək, Türkiyə!",-məlumatda qeyd olunub.
Qardaş Türkiyənin İstiqlal müharibəsinin həlledici qələbəsini, türk xalqının qətiyyəti və iradəsini simvolizə edən 30 avqust - Zəfər bayramı münasibətilə Türkiyə dövləti və xalqını ürəkdən təbrik edir, qardaşlıq və müttəfiqlik telləri ilə bağlı olduğumuz Türkiyəyə daim yeni… pic.twitter.com/wV5uVBwE2A
— MFA Azerbaijan (@AzerbaijanMFA) August 30, 2024