Azərbaycan Xarici İşlər Nazirliyi diplomatik xidmətə işə qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət edib.
“Report” xəbər verir ki, bu barədə nazirliyin “Facebook” səhifəsində paylaşım edilib.
“2022-ci il yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral 2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi nəzərdə tutulub. İştirakla bağlı əlavə məlumat namizədlərin Şəxsi Kabinetlərində yerləşdirilmişdir. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu - aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, - nazirliyin müraciətində bildirlib.