XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir” “Beynəlxalq Mina Maarifləndirilməsi Günü ayrı-seçkilik olmadan minaları yerləşdirən və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsini nəzərdə tutur”.
Xarici siyasət
4 Aprel , 2023 11:15
XİN: “Ərazilərə mina yerləşdirənlər məsuliyyətə cəlb edilməlidir”

Bu gün Beynəlxalq Mina Maarifləndirilməsi Günüdür. Minatəmizləmə prosesi gözləyə bilməz.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində edilmiş paylaşımda deyilir.
XİN ərazilərə mina yerləşdirənlərin və onların zərərsizləşdirilməsində əməkdaşlıqdan imtina edənlərin, o cümlədən Ermənistanın məsuliyyətə cəlb edilməsinin zəruriliyini qeyd edib.

“Biz minaların səbəb olduğu insan tələfatına son qoymalıyıq”, - paylaşımda bildirilir.

Xatırladaq ki, 4 aprel dünyada Beynəlxalq Mina Maarifləndirilməsi Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi