XİN başçısı: "UNESCO çərçivəsində əməkdaşlığımız səmərəli olacaq"

XİN başçısı: "UNESCO çərçivəsində əməkdaşlığımız səmərəli olacaq" "Bugünkü tədbir ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin müzakirəsi baxımdan mühüm əhəmiyyət kəsb edir".
Xarici siyasət
7 Aprel , 2023 10:31
XİN başçısı: UNESCO çərçivəsində əməkdaşlığımız səmərəli olacaq
Ceyhun Bayramov

"Bugünkü tədbir ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin müzakirəsi baxımdan mühüm əhəmiyyət kəsb edir".

"Report" xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında sıx qardaşlıq və dostluq münasibətləri vahid soykökümüz, adət-ənənələrimiz dilimiz, dinimiz və bir çox müqəddəs abidələrimizlə bir-birinə bağlıdır.

Azərbaycan daim UNESCO-nun missiyasını dəstəklədiyini bildirən XİN rəhbəri deyib ki, UNESCO üzrə ölkəmizin milli komissiyası bütün tədqiqat işlərində müştərək formada çalışıb. Onun sözlərinə görə, Azərbaycan dünyada mədəniyyətlərarası birlik baxımından çox əhəmiyyətli yerə malikdir: "Ölkəmiz UNESCO ilə təhsil, mədəniyyət və digər sahələr baxımından daimi əməkdaşlıq edir".

Son xəbərlər

Orphus sistemi