Nazir: "Azərbaycan Qazaxıstanın suverenliyinə hörmətlə yanaşmağın əhəmiyyətini təsdiqləyir"

Nazir: "Azərbaycan Qazaxıstanın suverenliyinə hörmətlə yanaşmağın əhəmiyyətini təsdiqləyir" “Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir”
Xarici siyasət
11 Yanvar , 2022 12:52
Nazir: Azərbaycan Qazaxıstanın suverenliyinə hörmətlə yanaşmağın əhəmiyyətini təsdiqləyir
Ceyhun Bayramov

“Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin Qazaxıstanla bağlı fövqəladə toplantısında söyləyib.

“Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir”, - nazir bildirib.

XİN başçısı Azərbaycanın Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izlədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi