XİN başçısı: “İƏT bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib”

XİN başçısı: “İƏT bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib” O, İƏT-in sərhədlərin toxunulmazlığı prinsipini hər zaman qoruduğunu bildirib
Xarici siyasət
8 Aprel , 2021 20:43
XİN başçısı: “İƏT bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəkləyib”
Ceyhun Bayramov
0 : 00
0 : 00

“İslam Əməkdaşlıq Təşkilatı müharibənin ilk günlərindən etibarən Azərbaycanı və ölkənin ərazi bütövlüyünü dəstəkləyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, İƏT-in sərhədlərin toxunulmazlığı prinsipini hər zaman qoruduğunu və bütün beynəlxalq platformalarda Azərbaycanı dəstəklədiyini xatırladıb.

XİN başçısının sözlərinə görə, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupu ölkələrinin daimi nümayəndələrinin Ağdam rayonuna səfəri onlara erməni vandalizmini öz gözləri ilə görmək imkanı verib.

Son xəbərlər

Orphus sistemi