Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “persona-non grata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb.
“Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdi:
“Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olundu və etiraz səfirə bildirildi”.
Nazir bildirib ki, ortaya heç bir əsas qoymayan Fransa tərəfindən səfir Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağlı qərar ona təqdim olunub.
"Ancaq addımımızla Fransanın addımı arasında böyük fərq var, biz sübutlarla danışdıq", - o deyib.