XİN başçısı: Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır, addımlar atmaqlarını gözləyirik

XİN başçısı: Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır, addımlar atmaqlarını gözləyirik Ermənistanla müxtəlif istiqamətdə davam edir. Sülh gündəliyinə gəldikdə iyun ayının sonunda biz Ermənistan tərəfinə göndərdik. Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddə
Xarici siyasət
8 İyul , 2024 11:36
XİN başçısı: Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır, addımlar atmaqlarını gözləyirik

Ermənistanla müxtəlif istiqamətdə danışıqlar davam edir.

Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, sülh gündəliyi ilə bağlı Azərbaycan iyun ayının sonunda Ermənistan tərəfinə təkliflər göndərib:

"Münasibətlərə gəldikdə açıq sualların sayı xeyli məhdudlaşıb. Ancaq Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı müddəalar qalmaqdadır. Biz qarşı tərəfdən bu istiqamətdə addımlar atmaqlarını gözləyirik".

C.Bayramov vurğulayıb ki, sülhlə bağlı Azərbaycanın mövqeyi çox açıq qeyd olunub.

"Azərbaycan dövləti sülh gündəliyinin müəllifidir. 44 günlük müharibədən sonra qısa müddətdə cənab Prezident çıxış edərək sülh gündəliyini Ermənistana təklif etdi",- o deyib.

Son xəbərlər

Orphus sistemi