XİN başçısı: "Regionda siyasi dialoqun aparılması Qətərin xarici siyasətində prioritet təşkil edir"

XİN başçısı: "Regionda siyasi dialoqun aparılması Qətərin xarici siyasətində prioritet təşkil edir" "Öncə qardaş Azərbaycan torpağında bizə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Təbii ki, bu gün Azərbaycana səfərimiz həyata keçirilir və Hökumətlərarası Müştərək Komissiyanın iclası var.
Xarici siyasət
18 Oktyabr , 2021 13:25
XİN başçısı: Regionda siyasi dialoqun aparılması Qətərin xarici siyasətində prioritet təşkil edir

"Öncə qardaş Azərbaycan torpağında bizə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Təbii ki, bu gün Azərbaycana səfərimiz həyata keçirilir və Hökumətlərarası Müştərək Komissiyanın iclası var. Bu gün səhər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşümüzü böyük şərəf hissi ilə qeyd edirəm. Görüş zamanı Qətər Əmirinin salamlarını cənab Prezidentə çatdırdım".

"Report" xəbər verir ki, bunu Qətərin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

"Fürsətdən istifadə edərək, Qətər dövləti adından Azərbaycan Respublikasını və xalqını 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edirəm. Bu əlamətdar gündə ölkənizə çiçəklənmə və daim suverenlik arzu edirəm.

Qətər ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin genişlənməsinə Qətər böyük diqqət göstərir.

Qeyd etmək istəyirəm ki, Qətər Azərbaycan ilə, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişaf etməsində maraqlıdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ildə qurulmuşdur.

Bakıda bu gün keçirilən Qətər Dövləti və Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və elmi sahədə əməkdaşlığa dair Hökumətlərarası Müştərək Komissiyanın iclasını qeyd etmək istəyirəm. 2016-cı ildə iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair saziş imzalanmışdır.

Bu gün, Azərbaycanın xarici işlər naziri ilə keçirilmiş görüşümüzə toxunaraq qeyd etmək istərdim ki, görüş zamanı bir çox sahələrdə əməkdaşlıq əlaqələrini müzakirə etdik. Həmçinin siyasi, diplomatik və iqtisadi sahələrdə iki ölkə arasında əldə olunmuş nailiyyətlərə toxunduq və fikir mübadiləsi apardıq. Bundan əlavə, regionun əmin-əmanlığı və sabitliyinin əhəmiyyətini vurğuladıq. Həmçinin regionda cərəyan edən hadisələrə toxunduq. Regionda siyasi dialoqun aparılması Qətərin xarici siyasətində prioritet təşkil edir.

Sonda qəbula və xoş qarşılanmaya görə Azərbaycan Respublikası Xarici İşlər Nazirinə bir daha öz təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi