XİN Azərbaycanın Sülh naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş seminar keçirir

XİN Azərbaycanın Sülh naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş seminar keçirir Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirir.
Xarici siyasət
5 Dekabr , 2024 14:30
XİN Azərbaycanın Sülh naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş seminar keçirir

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Sülh naminə Tərəfdaşlıq (SNT) Proqramı Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Rəqəmsal dövrdə müasir diplomatiya” mövzusunda ikigünlük seminar keçirir.

"Report"un məlumatına görə, seminarda XİN-in gənc diplomatları iştirak edir.

Seminar çərçivəsində informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafının müasir beynəlxalq münasibətlərdə diplomatiyanın həyata keçirilməsinə gətirdiyi dəyişikliklər, İKT-dən istifadənin riskləri və fürsətləri müzakirə olunacaq.

Tədbir zamanı, həmçinin, gənc diplomatlar kibertəhlükəsizlik və dezinformasiya problemləri, onların qarşısının alınması istiqamətində istifadə olunan metodlar, habelə beynəlxalq münasibətlər sistemində mövcud çağırışlarla mübarizədə cavab tədbirlərinin görülməsi yollarına yiyələnəcəklər.

Son xəbərlər

Orphus sistemi