Yuxarı

XİN: Somalidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib

Türkiyə XİN-in məlumatına görə, avtomobilə hücum zamanı Kamaliya İsmayılova öldürülüb

Bakı. 31 mart. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda avtomobilə hücum zamanı öldürülən Azərbaycan vətəndaşının kimliyi müəyyənləşib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Türkiyə XİN-in məlumatına əsasən, avtomobilə hücum zamanı Kamaliya İsmayılova öldürülüb.

Hələlik hadisənin digər detalları açıqlanmır.

Xatırladaq ki, martın 30-da Somalinin paytaxtı Moqadişoda Türkiyə vətəndaşlarını aparan avtomobilə hücum edilib. Silahlı hücum nəticəsində Türkiyə, Azərbaycan və Somali vətəndaşları qətlə yetirilib. Bir neçə nəfər də yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi