XİN: "Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur" - YENİLƏNİB

XİN: "Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur" - YENİLƏNİB Bakı. 26 mart. REPORT.AZ/ Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur.
Xarici siyasət
26 Mart , 2018 11:24
XİN: Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur - YENİLƏNİB
Report.az

Bakı. 26 mart. REPORT.AZ/ "Rusiyada yanğında ölən və yaralananların arasında Azərbaycan vətəndaşları yoxdur".

Bu barədə "Report"a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.


***10:54

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması araşdırılır. 

Bunu "Report"a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadır. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək", - H. Hacıyev bildirib.

Xatırladaq ki, Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb. Faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib və 27 itkin düşüb. 

Son xəbərlər

Orphus sistemi