XİN rəsmisi: "Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir"

XİN rəsmisi: "Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir" Azərbaycan və Avropa arasında yeni sənəd üzrə danışıqlara rəsmi start verilib
Xarici siyasət
21 Aprel , 2017 12:22
XİN rəsmisi: Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir
Report

Bakı. 21 aprel. REPORT.AZ/ “Şərq tərəfdaşlığı” proqramının digər sahələrlə yanaşı, dövlət qulluğu sahəsində də islahatların aparılması təcrübəsini gücləndirəcəyinə inanırıq”.

"Report" xəbər veriri ki, Xarici İşlər Nazirliyinin İnsan Hüquqları və Demokratiya İdarəsinin Qanunun aliliyi və demokratiya şöbəsinin müdiri Aysel Yaqubova Bakıda "Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi" mövzusunda keçirilən seminar zamanı çıxışında deyib.

Onun sözlərinə görə, bu proqram Avropa İttifaqı, eyni zamanda iştirakçılar arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin formalaşması üçün səmərəli platformalardan biridir: "Avropa İttifaqı ilə dialoqun aparılması bizim üçün prioritet sahələrdən biridir və ikitərəfli əlaqələrin inkişafında çox vacibdir".

XİN rəsmisi qeyd edib ki, Prezident İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri zamanı Azərbaycan və Avropa arasında yeni sənəd üzrə danışıqlara rəsmi start verilib: "Biz Avropa İttifaqı ilə turizm, təhsil, mədəniyyət, kiçik və orta sahibkarlığa dəstək və digər sahələr üzrə dialoqu genişləndirməkdə maraqlıyıq".

Son xəbərlər

Orphus sistemi