Yuxarı
    Bağlamaq

    XİN: "Parisdə törədilən terror aktı nəticəsində ölən və yaralananlar arasında hələlik Azərbaycan vətəndaşı yoxdur"

    Ölənlərin və yaralananların şəxsiyyətinin və vətəndaşlığın müəyyən edilməsi prosesi davam edir

    Bakı. 14 noyabr. REPORT.AZ/ "Parisdə törədilən terror aktı nəticəsində ölən və ya yaralananlar arasında hələlik Azərbaycan vətəndaşı yoxdur".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

    XİN rəsmisi qeyd edib ki, bu, saat 17-ə olan məlumatdır və ölən və ya yaralananlar arasında göstərilən müddətədək Azərbaycan vətəndaşına rast gəlinməyib: "Ölənlərin və yaralananların şəxsiyyətinin və vətəndaşlığın müəyyən edilməsi prosesi davam edir".

    H.Hacıyev vurğulayıb ki, hansısa həmvətənlimizin zərər çəkməsi barədə kiminsə hər hansı məlumatı varsa Azərbaycanın Fransadakı səfirliyinin + 33 (0)1 44 18 60 20 telefon nömrəsinə müraciət etsin.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi