XİN nümayəndəsi: "MOBILAZE" çərçivəsində əməkdaşlıq Azərbaycan-Aİ əməkdaşlığının əsas komponentlərindəndir"

XİN nümayəndəsi: "MOBILAZE" çərçivəsində əməkdaşlıq Azərbaycan-Aİ əməkdaşlığının əsas komponentlərindəndir" Bakı. 14 may. REPORT.AZ/ Miqrasiya yaxşı idarə edildikdə, tənzimləndikdə çox faydalı resursa çevrilir və ölkələr üçün geniş imkanlar yaradır. Azərbaycan bu baxımdan çox maraqlı ölkədir. Azərbaycan həm təyinat nöqtəsidir, həm də miqrant göndərir. Ölkə miqrasiya nəticəsində qarşısında açılan imkanlardan bacarıqla yararlanır.
Xarici siyasət
14 May , 2018 12:32
XİN nümayəndəsi: MOBILAZE çərçivəsində əməkdaşlıq Azərbaycan-Aİ əməkdaşlığının əsas komponentlərindəndir
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ "Miqrasiya yaxşı idarə edildikdə, tənzimləndikdə çox faydalı resursa çevrilir və ölkələr üçün geniş imkanlar yaradır. Azərbaycan bu baxımdan çox maraqlı ölkədir. Azərbaycan həm təyinat nöqtəsidir, həm də miqrant göndərir. Ölkə miqrasiya nəticəsində qarşısında açılan imkanlardan bacarıqla yararlanır".

"Report" xəbər verir ki, bunu Yerləşdirmə üzrə Tərəfdaşlığa (MOBILAZE) dair beynəlxalq konfransın açılışında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq üzrə təmsilçisi Ceron Villems deyib.

O əlavə edib ki, bu gün dünyada ümumilikdə, təəssüf ki, miqrantlara və miqrasiyaya qarşı mənfi mövqe formalaşmaqdadır.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Avropa İttifaqı ilə həyata keçirilən "MOBILAZE" layihəsinin Azərbaycan dövlət qurumları üçün əhəmiyyətini qeyd edib.

"Bu layihə 2016-cı ildən həyata keçirilir və 2019-cu ildə başa çatmalıdır. Layihənin müddətinin uzadılması üçün öz təkliflərimizi artıq vermişik. Əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvaram", - o deyib.

Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər departamentinin şöbə müdiri Əlimirzamin Ələsgərovun sözlərinə görə, "MOBILAZE" çərçivəsində əməkdaşlıq Azərbaycan-Aİ tərəfdaşlığının əsas komponentlərindəndir.

"Layihənin ilkin nəticələrini qənaətbəxş hesab edə bilərik. Bununla belə, "MOBILAZE" çərçivəsində yalnız əməkdaşlıqla kifayətlənmək olmaz. Kooperasiyanın imkanlar spektrini genişləndirmək lazımdır. Əminik ki, viza rejimi ilə bağlı sazişin həyata keçirilməsi bu sahənin liberallaşdırılmasına imkan verəcək", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi