XİN: Meksikada baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: Meksikada baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur "Zəlzələ baş verəndən sonra Azərbaycan səfirliyi vətəndaşlarımızla əlaqə saxlayıb"
Xarici siyasət
20 Sentyabr , 2017 10:27
XİN: Meksikada baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur
Report

Bakı. 20 sentyabr. REPORT.AZ/ Meksikada baş verən zəlzələ nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu "Report"a Azərbaycan XİN mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın Meksikadakı səfirliyi adi qaydada fəaliyyətini davam etdirir. Səfirliyin konsulluq şöbəsində az sayda Azərbaycan vətəndaşı qeydə alınıb: "Meksikada bir neçə azərbaycanlı ailə yaşayır. Zəlzələ baş verəndən sonra səfirlik onlarla əlaqə saxlayıb".

Qeyd edək ki, Meksikanın paytaxtı Mexiko şəhərində baş verən 7 ball gücündə zəlzələ nəticəsində 226 nəfər həlak olub, şəhərdə bir çox evlər uçub.

Son xəbərlər

Orphus sistemi