XİN: Mançesterdə baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

XİN: Mançesterdə baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır "Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək"
Xarici siyasət
23 May , 2017 10:14
XİN: Mançesterdə baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmamasını yerli orqanlar vasitəsilə araşdırır.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Hər hansı xəbər olduğu təqdirdə əlavə məlumat veriləcək", - deyə, H.Hacıyev əlavə edib.

Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.

Son xəbərlər

Orphus sistemi