Bakı. 27 fevral. REPORT.AZ/ "
Bunu "Report"un sorğusuna cavab olaraq
O deyib ki, bu ilin fevralın 26-da Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisin ən böyük kilsələrindən birində Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan anım konserti təşkil olunub: "Daşnaksütyun Partiyasının Fransada fəaliyyət göstərən gənclər təşkilatının üzvləri tərəfindən bu tədbirin təşkilinə əngəllər törətmək məqsədilə kilsənin önündə təxribat xarakterli “aksiya” keçirildi. Vurğulamaq istərdim ki, erməni təxribatçıların cəhdlərinə baxmayaraq 300 nəfərdən çox fransalının, həmçinin Fransadakı diplomatik korpusun nümayəndələrinin iştirakı ilə yaddaşlarda hələ uzun müddət qalacaq anım konserti keçirildi. Anım mərasimi zamanı ölkəmizin Fransadakı səfiri tərəfindən tədbir iştirakçılarına 27 il bundan öncə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə və Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verildi. Anım konsertində ifa edilmiş dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri Xocalı soyqırımının qurbanlarının ruhuna ithaf edildi. Anım konsertinin kilsədə təşkili ölkəmizin bütün dinlərə açıq olduğunu və tolerantlığını göstərdiyi bir vaxtda, erməni təxribatçılarının cəhdləri bu insanların iç üzünü və hətta katolik kilsəsinə olan hörmətsizliyini nümayiş etdirdi".