XİN başçısının müavini: "Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminəm"

Xarici siyasət
  • 10 may, 2018
  • 09:56
XİN başçısının müavini: Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminəm

Bakı. 10 may. REPORT.AZ/ "Heydər Əliyev Azərbaycanın qurulması və inkişafında həlledici rol oynayıb, Rusiya ilə strateji tərəfdaşlığın əsasını qoyub".

"Report" xəbər verir ki, bunu Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış mərasimində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Azərbaycanda, demək olar ki, hamının səlis danışdığı, Puşkinin dilinə böyük hörmətlə yanaşırlar", - nazir müavini vurğulayıb. 

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Rusiyaya həmişə Azərbaycanın ən yaxın strateji tərəfdaşı kimi yanaşıb: "Artıq 15 ildir Heydər Əliyev yoxdur, lakin onun gördüyü işlər davam etdirilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin siyasi kursunu layiqincə dəvam etdirir. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri bundan sonra da inkişaf edəcək və dərinləşəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti