XİN başçısı: "Azərbaycan və Avropa İttifaqı nəqliyyat sahəsində intensiv dialoq qurmalıdır"

XİN başçısı: "Azərbaycan və Avropa İttifaqı nəqliyyat sahəsində intensiv dialoq qurmalıdır" Bakı. 9 fevral. REPORT.AZ/ Avropa İttifaqı ilə yalnız təhlükəsizlik sahəsində deyil, həm də nəqliyyat sahəsində sıx dialoq qurmalıyıq.
Xarici siyasət
9 Fevral , 2018 15:29
XİN başçısı: Azərbaycan və Avropa İttifaqı nəqliyyat sahəsində intensiv dialoq qurmalıdır

Bakı. 9 fevral. REPORT.AZ/ "Avropa İttifaqı ilə yalnız təhlükəsizlik sahəsində deyil, həm də nəqliyyat sahəsində sıx dialoq qurmalıyıq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

"Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra bu, böyük perspektivlər açır. Bu nəqliyyat əlaqələndirməsi regionda geniş nəqliyyat imkanları yaradır. Bu il TANAP (Trans Anadolu qaz boru kəməri) layihəsinin istismara veriləcyinə və Azərbaycan qazının Türkiyəyə, sonra isə TAP (Trans-Adriatik boru kəməri) vasitəsilə İtaliyaya çatdırılacağına ümid edirik. Avropa İnvestisiya Bankının TAP konsorsiumuna 1,5 milyard avro ayırmaq qərarını alqışlayırıq", - XİN başçısı deyib.

Son xəbərlər

Orphus sistemi