XİN: Barselonada törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

XİN: Barselonada törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur Azərbaycan XİN İspaniyanın Barselona şəhərində törədilən terror aktlarını qəti şəkildə pisləyib
Xarici siyasət
18 Avqust , 2017 10:33
XİN: Barselonada törədilən terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur
Report

Bakı. 18 avqust. REPORT.AZ/ "İspaniyanın Barselona şəhərində törədilən terror aktlarını qəti şəkildə pisləyirik. Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır: "Barselonada törədilən terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib".

Onun sözlərinə görə, Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

H.Hacıyev deyib ki, Azərbaycan səfirliyi İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir: "Terror hadisəsinin qurbanı olan bir neçə şəxsin hələ şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək".

Son xəbərlər

Orphus sistemi