XİN: Azərbaycan Cənubi Osetiyada keçirilən seçkilər və referendumun nəticələrini tanımır

XİN: Azərbaycan Cənubi Osetiyada keçirilən seçkilər və referendumun nəticələrini tanımır "Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir"
Xarici siyasət
10 Aprel , 2017 10:23
XİN: Azərbaycan Cənubi Osetiyada keçirilən seçkilər və referendumun nəticələrini tanımır

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Osetiyada keçirilən qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda qeyd olunub ki, Azərbaycan Cənubi Osetiyanın müstəqilliyini və aprelin 9-da bu bölgədə keçirilən qondarma seçkiləri və referendumun nəticələrini tanımır.

"Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir", deyə bəyanatda vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi