Yuxarı
    Bağlamaq

    XİN: Azərbaycan Avropa İttifaqının nümayəndə heyətinin Bakıya səfərini təxirə salıb

    Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyillərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfərini təxirə salıb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Nazirlikdən bildirilib ki, gələn həftə Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılırdı: "Səfərin məqsədi Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması idi. Amma Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməyə görə gələn həftə Bakıya gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır.

    Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyillərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi