Vyetnamın sabiq Prezidenti Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Report xəbər verir ki, tədbirdə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Vyetnamın Xarici İşlər Nazirinin müavini Nquyen Quoc Dunq, Vyetnamın Azərbaycandaki səfiri Nqo Duc Manh, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, vaxtilə Vyetnamda çalışan Azərbaycan mütəxəssisləri və ölkəmizin təhsil ocaqlarının vyetnamlı məzunlarına dərs keçən müəllimlərimiz iştirak ediblər.
Vyetnamın vitse-prezidenti xanım Thi Nqok Thinh, Azərbaycanın Energetika nazirinin müavini Elnur Sultanov, Dövlət Neft Şirkətinin vitse-prezidenti
Natiqlər, həmçinin münasibətlərimizin hazırkı sürətli inkişafından bəhs edərək, Azərbaycan Prezidenti
Qeyd etmək lazımdır ki, Vyetnam nümayəndə heyətinin rəsmiləri xalqımızın müharibə dövründə və sonrakı zamanda Vyetnama verdiyi böyük dəstəkdən, o cümlədən mütəxəssislərimizin Vyetnamdakı fəaliyyətindən, xüsusın də Vyetnamın neft-qaz sənayesinin yaradılmasındakı əvəzsiz rolundan geniş bəhs edərək, həmin şəxslərin Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzunları ilə bərabər Vyetnamın müharibədən sonraki bərpası və hazırki hərtərəfli inkişafında yaxından iştirak etdiyini deyiblər. Bu xüsusda xanım vitse-prezident Azərbaycanın bütün təmənnasız və nəcib yardımını yüksək qiymətləndirərək, bu köməyin Vyetnam xalqının yaddaşında əbədi həkk olunduğunu bildirib, buna görə Vyetnam hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına dərin təşəkkürünü izhar edib.
Xoşbəxt Yusifzadə və digər toplantı iştirakçıları Vyetnamdakı fəaliyyətləri barədə danışıblar.