Yuxarı
    Bağlamaq

    Vyanadakı Azərbaycan icması ümummilli lider Heydər Əliyevin xatirəsini anıb

    Ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib

    Bakı. 13 dekabr. REPORT.AZ/ Vyanada ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

    Azərbaycan icmasının məscidində keçirilən tədbirdə bu ölkədəki səfirliyimizin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.

    Çıxış edənlər müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıblar. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, eləcə də türk dünyasının önəmli siyasətçilərindən biri olub.

    Məsciddə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub, ehsan verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi