Vuk Yeremiç: “Serbiya və Azərbaycan beynəlxalq platformalarda əməkdaşlığı davam etdirəcək”

Vuk Yeremiç: “Serbiya və Azərbaycan beynəlxalq platformalarda əməkdaşlığı davam etdirəcək” “Serbiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirəcəklər”.
Xarici siyasət
17 Mart , 2023 14:57
Vuk Yeremiç: “Serbiya və Azərbaycan beynəlxalq platformalarda əməkdaşlığı davam etdirəcək”

“Serbiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirəcəklər”.

“Report” xəbər verir ki, bunu 2012-ci ildə BMT Baş Assambleyasına sədrlik etmiş Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun “IDDTalks” yutub kanalında bildirib.

Onun sözlərinə görə, iki dövlət arasında yaxşı münasibətlər qurulub. Serbiya və Azərbaycan suverenlik və ərazi bütövlüyü kimi son dərəcə əhəmiyyətli və mühüm məsələlərdə bir-birini dəstəkləyir.

“Serbiya Qoşulmama Hərəkatının üzvü olmasa da, biz bu təşkilatın ilkin formalaşmasında iştirak etmişik və buna kömək etmişik”, - o bildirib.

V.Yeremiç iki ölkənin Qoşulmama Hərəkatı kimi böyük beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirəcəyini əlavə edib.

Serbiyanın keçmiş naziri iştirak etdiyi X Qlobal Bakı Forumunun əhəmiyyətini də vurğulayıb: “Bu, çox maraqlı forum idi və aydındır ki, mövcud olduğu on il ərzində kollektiv müdriklik və əhəmiyyət qazanıb”.

V.Yeremiç bu forumu həqiqətən də ciddi gündəliyə malik mühüm tədbir adlandırıb: "Ən maraqlı mövzular sırasında multilateralizm böhranının, XXI əsrdə Qoşulmama Hərəkatının rolunun, eləcə də Azərbaycanın bu təşkilatın sədri kimi rolunun müzakirəsini göstərmək olar".

O, XXI əsrdə bu konsepsiyaya böyük tələbat olacağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi