Vuk Yeremiç: “Gələcəyin Sammiti” qlobal problemləri həll etmək üçün bəşəriyyətə çağırış olacaq

Vuk Yeremiç: “Gələcəyin Sammiti” qlobal problemləri həll etmək üçün bəşəriyyətə çağırış olacaq Bu il sentyabrın 22-23-də BMT-nin himayəsi altında keçiriləcək “Gələcəyin Sammiti” bizim cari qlobal problemlərin həlli üçün bəşəriyyətə müraciət edəcəyimiz platformaya çevriləcək.
Xarici siyasət
14 Mart , 2024 16:59
Vuk Yeremiç: “Gələcəyin Sammiti” qlobal problemləri həll etmək üçün bəşəriyyətə çağırış olacaq

Bu il sentyabrın 22-23-ü tarixlərində BMT-nin himayəsi altında keçiriləcək “Gələcəyin Sammiti” bizim cari qlobal problemlərin həlli üçün bəşəriyyətə müraciət edəcəyimiz platformaya çevriləcək.

“Report” xəbər verir ki, bunu Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiç XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında deyib.

“Mən BMT-nin gələcəyinə çox ümidlə baxıram, çünki hazırda bu təşkilata alternativ yoxdur”, - o bildirib.

V.Yeremiç Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Bakıya ilk səfərinin olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi